Azərbaycan-Türkiyə arasında ortaq turizm marşrutları GÜNDƏMDƏ

Dekabrın 23-də Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 2-ci iclasında ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm idarəetməsi, tənzimlənməsi, təşviqi, təhsili və təlimi, marketinq, kommunikasiya və turizm məhsulları, növbəti dövr üçün birgə Fəaliyyət Proqramının hazırlanması və digər məsələlər müzakirə olunub. 

Bizim.Media xəbər verir ki, komissiya iclası Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslanın həmsədrliyi ilə keçirilib. 

İclasda çıxış edən Azadə Hüseynova ikitərəfli turizm əlaqələrinin cari vəziyyətindən söz açaraq, gəlmə və getmə turizmi sahəsində statistik göstəricilər və fəaliyyət planı üzrə görülmüş işlər barəsində məlumat verib. 
O qeyd edib ki, cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 283 493 Türkiyə vətəndaşı səfər edib və bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 60% artım hesab olunur. 

Azadə Hüseynova növbəti dövr üçün birgə Fəaliyyət Proqramının hazırlanmasının əhəmiyyətinə toxunaraq bu proqramda turizm üzrə ixtisaslaşmış assosiasiyalar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə yer verilməsinin iki ölkə arasında turizm əlaqələrinə öz töhfəsini verəcəyini bildirib. 

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan öz növbəsində iki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq münasibətlərinin formalaşdığını qeyd edərək, turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi üzrə böyük imkanların olduğunu vurğulayıb. 

O, çıxışında bu istiqamətdə təcrübə mübadiləsinin, qarşılıqlı fəaliyyətin və birgə təbliğat işlərinin önəminə diqqət çəkib. 

Müzakirələr zamanı qeyd olunub ki, Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyənin Sakara Universiteti və Eskişehir Osmanqazi Universiteti arasında ikili diplom proqramının, həmçinin ixtisasartırma və turizm peşələri ilə bağlı təlim proqramlarının təşkil edilməsi turizm təhsili istiqamətində əməkdaşlığa müsbət təsirini göstərəcək. 

İclas çərçivəsində keyfiyyətli turizmin təşkili ilə əlaqədar standartlaşdırma və sertifikasiya, turizm və istirahət komplekslərinin təşviqi məqsədilə əməkdaşlıq imkanlarının araşdırılması, turizm və rekreasiya zonalarının və infrastruktur layihələrin yaradılması istiqamətində təcrübə mübadiləsinin aparılması, işğaldan azad edilmiş ərazilərdə investisiya layihələri kimi mövzulara toxunulub. 
Çıxışlarda, həmçinin beynəlxalq platformalarda birgə təqdimatların keçirilməsi və ortaq turizm marşrutlarının yaradılması məsələlərindən bəhs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ”ın oyunu var

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

İki qadın güləşçimiz yarımfinala yüksəldi

İki qadın güləşçimiz yarımfinala yüksəldi

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Dünyanın yarısının danışdığı beş dil

Dünyanın yarısının danışdığı beş dil

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Keçmiş direktor vəfat etdi

Keçmiş direktor vəfat etdi

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Başına ot presi düşən kişi öldü

Başına ot presi düşən kişi öldü

Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs TUTULDU

Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs TUTULDU

Şəhidin taleyinə yazılmış sirli “20” rəqəmi – Ülvi Mikayılovun HƏYAT HEKAYƏSİ - VİDEO

Şəhidin taleyinə yazılmış sirli “20” rəqəmi – Ülvi Mikayılovun HƏYAT HEKAYƏSİ - VİDEO

Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda KEÇİRİLƏCƏK

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda KEÇİRİLƏCƏK

Misir İranın Qətər və Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyib

Misir İranın Qətər və Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyib

End of content

No more pages to load

RADİO