21-ci ƏSRİN MÜQAVİLƏSİ – Avropaya elektrik enerjisinin nəqli Azərbaycana nə qazandıracaq?

Dekabrın 17-də Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

Sazişə əsasən, Azərbaycandan yaşıl enerjisi Qara dənizdən keçməklə Avropaya nəql olunacaq. Bəs, bu saziş ölkəmizdə siyasi və iqtisadi baxımdan nələri qazandıracaq?

Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu Bizim.Media-ya açıqlamasında qeyd edib ki, Buxarestdə imzalanan saziş 21-ci əsrin yeni yaşıl enerji dəhlizi sazişidir:

“Bu dünyanın alternativ enerji mübadiləsi tarixində ilk belə beynəlxalq sazişdir. Azərbaycanın mənbə və ixracatçı ölkə qismində belə bir əməkdaşlıq platforması yarada bilməsi qürurvericidir. 20-ci yüzilliyin sonunda əsrin müqaviləsi möcüzəsini yaradan Azərbaycan 21-ci əsrin əvvəlində yaşıl enerji sahəsində belə bir möcüzəni yarada bildi. 

Azərbaycanın bərpa edilən enerji ehtiyatları quruda külək və günəş enerjisi həcmi baxımından 27 qiqavatdan çoxdur. Təkcə, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi potensialı 157 qiqavat təşkil edir. Bu meqa rəqəmlər bərpaedilən və davamlı olan enerjini ifadə etməklə ölkəmizin hansı həcmdə yaşıl enerjini istehsal və ixrac edə biləcəyini göstərir.

Ona görə də, görüşdə iştirak edən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bildirdi ki, bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün Avropaya  güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan, Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir və çox iddialı layihədir”. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda elektrik enerjisinin paylanması üzrə gəlirlər kəskin artıb


Deputatın sözlərinə görə, yeni yaşıl enerji dəhlizi dünyada baş verən enerji böhranları və enerji asılılığı kontekstində Avropa üçün kritik əhəmiyyət daşıyır: 

“Belə starteji problemin həlli etibarlı tərəfdaş olmadan mümkün deyil. Azərbaycan isə bu missiyanı layiqincə yerinə yetirə yetirə bilir. Təsadüfi deyil ki, avropalıların yaşıl enerji kimi səciyyələndirdikləri qaz təchizatı məsələsində də Azərbaycan etibarlı və güvənilir bir tərəfdaş kimi çıxış edir. Elə bu ilin iyulunda xanım Fon der Lyayenin Azərbaycana səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalanması da ayrıca bir hadisə kimi yadda qalmışdı. 

Həmin sənədin icrasına artıq başlanılıb . Ötən il Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil etmişdisə, bu il ixracat rəqəmi 11,3 milyard kubmetrdir. Növbəti il həmin həcm ən azı 11,6 milyard kubmetr olacaq. Gələn il Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr təşkil edəcək. 

Göründüyü kimi, rəqəmlər özüyündə tərəfdaşlığın hansı səviyyədə olduğunu aydın ifadə edir. Şübhəsiz ki, bu naliyyətlər sadəcə enerji tərəfdaşlığı deyil, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu artması deməkdir. Yeni dünya nizamının formalaşdığı mühüm bir tarixi mərhələdə milli maraqlarımızın bu səviyyədə təmin olunması isə Azərbaycanın daha qüdrətli ölkəyə çevirlməsi və vətəndaşlarımızın daha yaxşı rifaha çatması deməkdir” .

İqtisadçı ekspert Eldəniz Əmirov isə qeyd edib ki, Buxarestdə imzalanan sənəd böyük gələcəyə sahib bir saziş olacaq: 

“Əvvəla ona görə ki, gələcək yaşıl enerjinindir. İkincisi, Qara dənizin dibi ilə elektrik enerjisinin Avropaya ixrac olunması ilə bağlı böyük bir layihə hazırlanır. Bu iş xırda iş deyil. Orda yaradılacaq infrastruktur geniş imkanlı olacaq ki, illər sonra da ixrac həcmi artıqca ötürmə gücü yetərli olsun. Üçüncüsü, Azərbaycan böyük alternativ enerji imkanlarına malikdir. 

Bu sazişdə Rumıniya ilə bərabər Macarıstanın da yer almasının isə səbəbi çox ciddidir. Bakı Gürcüstanı enerji ilə təmin edəcək, oradan isə enerji Rumıniyaya gedəcək:

Belə ki, Azərbaycan birinci böyük həcmdə yaşıl elektrik enerjisi istehsal edəcək və əvvəlcə Gürcüstana, oradan isə sualtı boru kəməri ilə Rumıniyaya ixrac edəcək. Amma Qara dənizin dibi ilə kabellər vasitəsilə xətlərin çəkilməsi üçün Avropa İttifaqını dəstəyini almaq lazımdır. Layihənin  Aİ-nin dəstəyini alması üçün ən azı iki üzv ölkənin iştirakı zəruridir. Buna görə də Macarıstan da bu plana qoşuldu. Nəticədə tərəflərin hər biri üçün əlverişli vəziyyət yarandı. Sonrakı illərdə isə enerji istehsalı artıqca digər Avropa ölkələri, o cümlədən, Xorvatiya, Serbiya və digərləri də bu potensialdan yararlana biləcəklər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ”ın oyunu var

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

İki qadın güləşçimiz yarımfinala yüksəldi

İki qadın güləşçimiz yarımfinala yüksəldi

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Dünyanın yarısının danışdığı beş dil

Dünyanın yarısının danışdığı beş dil

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Keçmiş direktor vəfat etdi

Keçmiş direktor vəfat etdi

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

End of content

No more pages to load

RADİO