Azərbaycan-Səudiyyə Ərəbistanı arasında bir neçə saziş imzalandı

Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu çərçivəsində əməkdaşlığa dair 7 sənəd imzalanıb. 

Bizim.Media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) ilə Səudiyyə Ərəbistanının Palatalar Federasiyası arasında birgə Biznes Şurasının yaradılması haqqında saziş imzalanıb. 

Şuranın vəzifələrinə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın ümumi vəziyyətini və gələcək istiqamətlərini müzakirə etmək, ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın inkişafı sahəsində işgüzar dairələrinin təşəbbüslərini dəstəkləmək, ikitərəfli ticari-iqtisadi əməkdaşlıqla bağlı problemlərin nəzərdən keçirilməsi daxildir.
Biznes Şurası hər iki ölkənin təsərrüfat subyektləri, o cümlədən KOB-lar arasında birbaşa tərəfdaşlıq əlaqələrinin qurulmasına yardım etmək, həmçinin səfərlərin, görüşlərin, seminarların, dəyirmi masaların təşkilinə, müəssisələrin hər iki ölkədə keçirilən sərgi və yarmarkalarda iştirakına köməklik göstərmək niyyətindədir. 

Şura həmçinin Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrə faydalı olacaq kommersiya, ticarət-iqtisadi, elmi, texnoloji, reklam və digər məlumatların mübadiləsinə və yayılmasına kömək edəcək.

Üstəlik, o, Azərbaycan və Səudiyyə Ərəbistanı bazarlarında fəaliyyət göstərən və ya fəaliyyət göstərəcək konkret layihələr və müvafiq təşkilatlar haqqında məlumat mübadiləsi, birgə müəssisələrin yaradılmasına və fəaliyyətinə və qarşılıqlı faydalı əməkdaşlığın digər formalarına dəstək olacaq.
Bundan başqa, Səudiyyə Ərəbistanının “FlyNas” şirkəti Azərbaycanın “Alines Tours” (hüquq və investisiya sahəsində əməkdaşlıq çərçivəsində), “Fovero Tours” və “Khazar Travel” şirkətləri ilə turizm sahəsində yerüstü xidmətlərin asanlaşdırılmasını nəzərdə tutan anlaşma memorandumları imzalayıb. 

Səudiyyə Ərəbistanının ARCO şirkəti ilə Azərbaycanın Məşğulluq Agentliyi (HR Cell) arasında da Anlaşma Memorandumu imzalanıb. 

Səudiyyə Ərəbistanının “Albawani Co” şirkəti ilə Azərbaycanın “North West Construction” MMC arasında iki ölkənin podratçılıq, tikinti və sənaye sahələrində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. 

Səudiyyə Ərəbistanının “A.Alrabiah Consulting Engineers” şirkəti ilə Azərbaycanın “Technicon Engineers Consulting” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb və sənəd texniki sahələrdə (məsələn, metro, bina və digər infrastruktur) mühəndislik xidmətlərinin göstərilməsini nəzərdə tutur. 
Səudiyyə Ərəbistanının “Al Suwaiket and Al Busaiyes Lawyers and Legal Consultants Co.” şirkəti ilə Azərbaycanın “Black Garden investisiya və korporativ məsləhət” şirkəti arasında Səudiyyə Ərəbistanı və Azərbaycanda investorlara hüquqi xidmətlər və biznes dəstəyi göstərməklə əməkdaşlıq da planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ”ın oyunu var

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

İki qadın güləşçimiz yarımfinala yüksəldi

İki qadın güləşçimiz yarımfinala yüksəldi

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Dünyanın yarısının danışdığı beş dil

Dünyanın yarısının danışdığı beş dil

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Keçmiş direktor vəfat etdi

Keçmiş direktor vəfat etdi

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Başına ot presi düşən kişi öldü

Başına ot presi düşən kişi öldü

End of content

No more pages to load

RADİO