Dollar bahalaşdı: Mərkəzi Bank təcili toplanır - Nə baş verir?

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) yenidən uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etdi. Uçot stavkası 4.4 faiz müəyyənləşdirilən Birləşmiş Ştatlarda 2007-ci ildən sonra ən yüksək dərəcə tətbiq olunur. 2022-ci ildə dollar 6 səbət valyutaya nisbətən kəskin möhkəmlənsə də son qərardan sonra birjalara ciddi dalğalanma müşahidə olunmur. İllik artımlardan sonra praktik olaraq qlobal valyuta bazarı bu addımlara hazır idi.

Bu günsə Mərkəzi Bank toplantı keçirəcək və uçot dərəcəsinə baxacaq. Bəs, FED-in qərarından sonra Azərbaycanda da dollar bahalaşa bilərmi?

Məsələ ilə bağlı Millət vəkili, iqtisadçı Vüqar Bayramovun Bizim.Media-ya açıqlamasında bildirdi ki, Mərkəzi Bank ilin sonunadək manata təhdidlərin olmadığını bildirib:

“2022-ci il artıq başa çatmaqdadır. Mərkəzi Bankın 2023-cü il üçün pul-kredit siyasətininin ümumi istiqamətlərində baş bank maliyyə stabilliyini qoruyub saxlamağa çalışacağını bəyan edib. Bununla yanaşı, Mərkəzi Bankda gələn il manata təsir edən faktorlarında nəzərə alınacağı gizlədilmir. 

Göründüyü kimi, gələn il xarici faktorlar məzənnəs siyasətinin həyata keçirilməsində heç də az əhəmiyyətli olmayacaq. Amma, Mərkəzi Bank tərəfindən mövcud məzənnə siyasəti nəzərə alınmaqla daha uzun müddətli dövr üçün rəsmi proqnozların elan edilməsi məqsədəuyğun olardı. Bu milli valyutada yığımlar və uzun müddətli sərmayə qoyluşları, xüsusən də yerli investisiya baxımdan da vacibdir”.

Millət vəkili onu da qeyd etdi ki, əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir:
 

“Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir.


Bütün bunlar ilə yanaşı, xatırlatmaq lazımdır ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ”ın oyunu var

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

İki qadın güləşçimiz yarımfinala yüksəldi

İki qadın güləşçimiz yarımfinala yüksəldi

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Dünyanın yarısının danışdığı beş dil

Dünyanın yarısının danışdığı beş dil

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Keçmiş direktor vəfat etdi

Keçmiş direktor vəfat etdi

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Başına ot presi düşən kişi öldü

Başına ot presi düşən kişi öldü

End of content

No more pages to load

RADİO