1, 3 və 5 qəpik dövriyyədən ÇIXARILIR? – Mərkəzi Bankdan vacib AÇIQLAMA

Azərbaycanda  1, 3 və 5 qəpik kimi xırda pulların dövriyyəsində böyük problem var. Bu cür qəpiklərin işlədilməsi artıq aktuallığını itirir. Vətəndaşlar bu qəpiklərin işlənmədiyini deyir. Bu qəpiklərə ictimai nəqliyyatda sürücülər də yaxın durmur. Marketlər belə alıcılara  1 və 3 qəpiklikləri qalıq kimi verməkdən imtina edir.  

Onları “Bakıkart”a daxil edib, metrolarda istifadə etmək mümkün deyil. 

Xırda nominallardan imtina edilməsi qanuna zidd olsa da, iqtisadçılar 1, 3 və 5 qəpikliklərin dövriyyədən çıxmasını təklif edirlər.

Xırda pullar dövriyyədən çıxarılması baş verə bilərmi? Mərkəzi Bank Bizim.Media-nın sorğusuna belə cavab verib:

“Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2005-ci il tarixli fərmanına əsasən Mərkəzi Bank tərəfindən denominasiya tədbirləri çərçivəsində tədavülə 1 yanvar 2006-cı ildən etibarən 6 nominalda kağız, 6 nominalda metal pul nişanları buraxılıb. Metal pullardan 1, 3 və 5 xırda, 10, 20 orta və 50 qəpiklik yüksək nominallı pul nişanlarıdır. 2021-ci ildə metal pul nişanları 4.4%, xırda nominallı metal pul nişanları isə 10.3% artıb. Cari ilin 9 aylıq göstəricilərinə əsasən isə metal pul nişanları 4%, xırda nominallı metal pul nişanları isə 8% artıb.
 

Tədavüldə xırda nominallı pul nişanlarına tələbin səbəbi bu pul nişanlarının qiymətlərin formalaşmasında istifadəsi və pərakəndə ticarətdə onlardan geniş istifadənin hələ də qalmasıdır.


Eyni zamanda, xırda nominallı pul nişanlarına olan təlabatla bağlı araşdırmalar göstərir ki, yaxın illərdə iqtisadiyyatın xırda nominallı metal pul nişanlarına olan tələbatı qalacaq.

Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Bank tərəfindən mövcud xırda nominallı metal pul nişanlarının dövriyyədən çıxarılması planlaşdırılmır”.

Məlumatda o da qeyd olunub ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanunu”nun 36.3-cü bəndinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir.

Alçina Amilqızı, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Lamin Yamal unikal nəticəyə imza atdı

Lamin Yamal unikal nəticəyə imza atdı

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Norveç sahillərində üç gəmi toqquşdu

Norveç sahillərində üç gəmi toqquşdu

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

End of content

No more pages to load

RADİO