Azərbaycan Sığorta şirkətləri Qarabağda dövlət siyasətinə qarşı gedir - Mərkəzi Banka ÇAĞIRIŞ

İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə cəlb olunan yük avtomobillərinin, xüsusi təyinatlı nəqliyyat vasitələrinin (ekskavator, traktor, kombayn və s.) sığortalanmasında problemlər yaranıb. Eyni zamanda bu ərazilərdə işçi kimi cəlb edilən şəxslərin həyat sığortasında da çətinliklər var, əksər hallarda sığorta şirkətləri sığorta müqaviləsini bağlamaqdan imtina edir.

Bizim.Media sfera.az-a istinadən xəbər verir ki, bununla bağlı bir neçə şifahi müraciət ünvanlanıb. Həmin müraciətlərdə qeyd edilir ki, sığorta şirkətləri müxtəlif bəhanələrlə nəqliyyat vasitələrinin könüllü sığortasından, işçilərin həyat sığortasından imtina etdiyindən fiziki və hüquqi şəxlər işğaldan azad edilən ərazilərdə işləməkdə maraqlı olmur.

Qeyd edək ki, Qarabağın bərpa və yenidənqurulması işlərində dövlət müəssisələri ilə bərabər, özəl müəssisələr və fərdi şəxslər də iştirak edir, tikinti işlərinə çoxlu sayda xüsusi növ texnika, işçi qüvvəsi cəlb olunub.
İşlərin böyüklüyünü nəzərə alaraq sahibkarlar xüsusi təyinatlı nəqliyyat vasitələrinin və işçilərin sığortalanmasına böyük önəm verir. Bu cür nəqliyyat vasitələrinin sığortası olmadıqda sahibkarlar onlardan intensiv istifadə etməkdən yayınır. Çünki həmin nəqliyyat vasitələrinin dəyəri yüksəkdir və belə bahalı texnikaların iş zamanı qazaya uğraması, sıradan çıxması sahibkarı böyük zərərə uğrada bilər.

Buna görə də həmin nəqliyyat vasitələrinin sığortalanması vacibdir. Lakin qeyd olunduğu kimi texnikaların və işçilərin sığortalanmasında çətinliklər var.

Məsələni araşdırmaq üçün bir neçə sığorta şirkəti ilə əlaqə saxladıq. Danışdığımız “Atəşgah” Sığorta, “Qala Sığorta”, “İpək Yolu Sığorta” və “AzSığorta” şirkətlərindən bildirdilər ki, onlar Qarabağda işləyən xüsusi təyinatlı nəqliyyat vasitələrinin, yük maşınlarının sığortalamasından imtina etmirlər. Amma bunun üçün hər bir nəqliyyat vasitəsinin texniki vəziyyətinin fərdi qaydada qiymətləndirilməsi, həmin texnikalardan harada, hansı şəraitdə istifadə edilməsi dəyərləndirilməlidir. Yalnız bundan sonra nəqliyyat vasitəsinin sığortalanması mümkündür.

Əgər belədirsə, yəni sığorta şirkətləri Qarabağda isifadə edilən texnikanı sığortalamaqdan imtina etmirsə, o halda niyə həmin texnikaların sığortalanmasında çətinliklər yaranır?

Bununla bağlı fikrini öyrəndiyimiz hüquqşünas, sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov dedi ki, Qarabağda tikinti işlərinə cəlb edilən nəqliyyat vasitələrini sığortası ilə bağlı çətinlik varsa, bu, yalnız kasko (könüllü) sığorta ilə bağlı ola bilər.

O vurğuladı ki, sığorta şirkətləri xüsusi təyinatlı texnikaların kasko sığortası zamanı nəqliyyat vasitəsinin harada və nə məqsədlə istifadə edilməsini nəzərə alır. Onun sözlərinə görə bununla sığorta şirkəti risk səviyyəsini müəyyənləşdirir.

“Şirkətin könüllü sığortadan imtina etmək hüquqi var. Buna qanunvericilik imkan yaradır. Amma şirkətlər nəqliyyat vasitələrinin könüllü sığortasından imtina etmək üçün birbaşa “sığortalamıram” sözünü işlətmir”, - deyən İ.İbrahimov sığorta şirkətlərinin sığorta müqaviləsinin bağlanmasından necə imtina etdiyini izah edib:

“Kasko sığortası adətən avtomobilin dəyərinin 2-4 faizi qədərində olur. Şirkət imtina etmək istəyəndə sığorta haqqını daha yüksək faizlə müəyyənləşdirir, daha ağır şərtlər irəli sürür. Məsələn, dəyəri 100 min manat olan nəqliyyat vasitəsinə görə 4 min manat sığorta haqqı hesablayır. Digər tərəfdən sığorta şirkətləri azadolma məbləğini müəyyən edir. Yəni, müəyyən məbləğə qədər olan hissədən artıq olan ödəniş həyata keçirilmir.

Həmçinin ərazi faktorunu da nəzərə alırlar. Bakıda nəqliyyat vasitələrinin toqquşması risqi yüksəkdir. Əyalətlərdə isə toqquşma risqi az olduğundan digər nüanslara diqqət yetirilir.

Qarabağın işğaldana azad edilən ərazilərində də xüsusi vəziyyət nəzərə alınır. Texnikanın minaya düşməsi, iş intensivliyi böyük olduğundan texnikanın tez sıradan çıxması, aşması ehtimalı var. Bu kimi halların bəzisi baş verdikdə sığorta hadisəsi hesab edilmir, yaxud həmin hallar nəzərə alınaraq böyük məbləğdə sığorta haqqı müəyyənləşdirilir”.

İ.İbrahimov bildirir ki, şirkət daha yüksək məbləğ müəyyənləşdirəndə fərdi və ya hüquqi şəxslər sığortalamaqdan imtina edirlər. Ekspert sığorta şirkətlərinin sığorta əməliyyatlarından mənfəət əldə etmək istədiyini və buna görə də adətən risqli sığortalardan yayındığını da vurğuladı.

Məsələyə "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin də mövqeyini öyrəndik. Assosiasiyadan bildirdilər ki, qanunvericiliyə əsasən hər bir vətəndaş icbari və ya könüllü olmasından asılı olmayaraq təqdim edilən bütün sığorta xidmətlərindən istifadə etmək hüququna malikdir.
“İcbari sığorta növləri məcburi xarakter daşıyır, sığorta şirkətləri bundan imtina edə bilməz. Könüllü sığortanın da olmasında sığorta şirkətləri maraqlıdır”, - deyən məsul şəxs bildirildi ki, sözügedən məsələ ilə bağlı assosasiyaya hər hansı müraciət daxil olmayıb:

“Müraciət olsaydı, assosasiya sığorta bazar iştirakçıları arasında sorğu keçirib hansı səbəbdən imtina qərarı qəbul edildiyini öyrənə bilərdi. Azərbaycanda sığorta sektoruna nəzarət edən Mərkəzi Bankdır. Mərkəzi Bank da bu kimi məsələlərə həssaslıqla yanaşır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İranın neft naziri istefa verdi

İranın neft naziri istefa verdi

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Lamin Yamal unikal nəticəyə imza atdı

Lamin Yamal unikal nəticəyə imza atdı

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Norveç sahillərində üç gəmi toqquşdu

Norveç sahillərində üç gəmi toqquşdu

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

End of content

No more pages to load

RADİO