Azərbaycanın stolüstü tennisçisi Mərziyyə Nurmətova Çexiyanın Havirov şəhərində 15 və 17 yaşadək idmançılar arasıda keçirilən "Eurotalents Development Camp" turnirdə gümüş medal qazanıb.
Bizim.Media xəbər verir ki, o, yalnız finalda uduzaraq, fəxri kürsünün 2-ci pilləsinə qalxıb.
Oğlanların mübarizəsində isə Adil Əhmədzadə 7-ci yerlə kifayətlənib.
Qeyd edək ki, turnirdə Çexiya, Azərbaycan, Avstriya, Niderland, Yunanıstan, Slovakiya, Latviya və Kosovo tennisçiləri yarışıblar.
Bizim.Media