"Atletico Madrid" klubunun portuqaliyalı futbolçusu Joao Felix karyerasını Fransanın “PSJ” klubunda davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, 22 yaşlı hücumcunun xidmətində "PSJ" rəhbərliyi maraqlıdır.
Belə ki, Felix yanvarda "Atletico Madrid"dən ayrılmaq istəyir. Fransız klubunun rəhbərliyi yay transfer pəncərəsində argentinalı hücumçu Lionel Messinin mümkün gedişini nəzərə alaraq “Atletiko”nun hücumçusu ilə müqavilə imzalaya bilər.
Qeyd edək ki, Joao Feliks Portuqaliyanın “Benfika” klubundan İspaniya “Atletiko”suna 120 milyon avroya transfer edilmişdi.
Bizim.Media