"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda "Olimpiakos"la qarşılaşıb.
Bizim.Media xəbər verir ki, oyunda fəal olan Ağdam təmsilçisi topa nəzarət edən tərəf olub.
Belə ki, Ozobiç 71-ci dəqiqədə fərqlənməyə yaxın olsa da, şansı boşa verib. "Köhlən atlar" oyunun sonlarına yaxın hücumlarının kəsərini artırsa da, rəqib qapısına yol tapa bilməyib.
Qeyd edək ki, hesabı 0-la bitirsə də "Qarabağ" xallarının sayını 7-yə çatdıraraq UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Bizim.Media