Bakıda "Olimpiakos" komandasına qarşı keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda "Qarabağ"ın futbolçusu zədələnib.
Bizim.Media xəbər verir ki, ayağından zədələnən 26 yaşlı Kadi Borges meydandan kənarlaşdırılıb. Yarımmüdafiəçini Filip Ozobiç əvəz edir.
Xatırladaq ki, ikinci hissəsi oynanılan qarşılaşmada hesab açılmayıb.
“Qarabağ”- “Olimpiakos” 0:0
Bizim.Media