Tofiq Bəhramov adına Respublika stadionunun girişində Ağdam komandasının futbolçularının formalarının maketi yerləşdirilib.
Bizim.Media xəbər verir ki, əsasən daimi oynayan futbolçuların adları qeyd edilən maketlər yer alıb.
Xatırladaq ki, Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun IV turunda Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı görüş saat 20:45-də başlayacaq. Qarşılaşmanı Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.
Bizim.Media