Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçisi olduğu komanda VI qrupdakı ilk matçında Polşanı qəbul edəcək.
Bakı İdman Sarayındakı qarşılaşma saat 20:00-da başlayacaq.
Görüşü Aslan Qalayevin başçılıq etdiyi qazaxıstanlı hakimlər idarə edəcəklər.
Polşa seçməsi ilk oyununda Yunanıstana qalib gəlib - 3:0.
Dünya çempionatı, seçmə mərhələ
7 oktyabr
20:00. Azərbaycan - Polşa
Baş hakim: Aslan Qalayev
Bakı İdman Sarayı
Bizim.Media