Futbol millimizin Millətlər Liqasındakı macərası başa çatır. Play off-a çıxmaq şansımız demək olar ki, qalmayıb.
Amma azarkeşlər heç olmasa son oyunlarda, ən azından Bakıda Qazaxıstanla qarşılalaşmada futbolçularımızdan qələbə gözləyirlər.
Bununla belə baş məşqçi De Byazinin açıqladığı heyətdə "Qarabağ"ın aparıcı üzvü Qara Qarayevin olmaması, həmçinin müəyyən oyunçuların formada olmamalarına rəğmən çağırılması ölkənin əsas komandasında işlərin heç də qaydasında olmadığını göstərir.
Bəs görəsən yığmanın düşərgəsində nələr baş verir?
Rəşad Rafiqoğlu videomaterialında bu suallara cavab tapmağa çalışıb.
Bizim.Media