Polşa "Visla"sının (Plotsk) futbolçusu Anton Krivotsyuk millimizə çağırılıb.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, müdafiəçi UEFA Millətlər Liqasında Slovakiya və Qazaxıstanla oyunlar üçün yığmamıza dəvət alıb.
Qeyd edək ki, millimiz sentyabrın 22-də Trnavada Slovakiyanın qonağı olacaq, sentyabrın 25-də isə Bakıda Qazaxıstanla qarşılaşacaq.
Bizim.Media