Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının V turu çərçivəsində növbəti görüşlər keçiriləcək.
Bizim.Media xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma olacaq.
Günün ilk matçında “Şamaxı” komandası doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Şamaxı şəhər stadionunda təşkil ediləcək qarşılaşma saat 16:00-da başlayacaq. Görüşün baş hakimi Rauf Allahverdiyev olacaq.
Bu gün oynanılacaq digər qarşılaşmada “Neftçi” klubu “Sumqayıt”la üz-üzə gələcək. Matçın startı “Bakcell Arena”da saat 20:30-da veriləcək.
Oyunda baş hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, Turun digər görüşləri sentyabrın 4-də keçiriləcək. Həmin gün “Bank Respublika Arena”da “Sabah”-“Səbail” matçı oynanılacaq. Zirə İdman Kompleksində eyni adlı komanda isə “Qəbələ” ilə görüşəcək.
Bizim.Media