Futbol üzrə Almaniya 3-cü liqasında 7-cı tura start verilib.
Bizim.Media xəbər verir ki, millimizin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” səfərdə "Essen"lə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
Nazarov start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Aue təmsilçisi hazırda 3 xalla 20 komanda arasında sonuncu pillədə qərarlaşıb.
Bizim.Media