Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.
"Kəpəz" Qəbələdə "Qarabağ"ı qəbul edib. Oyun Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xallarını 12-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib.
Qeyd edək ki, turun digər oyunları sentyabrın 3-4-də keçiriləcək.
Bizim.Media