Böyük Britaniyada yaşayan və əslən azərbaycanlı gimnastlarımız – əkiz bacılar Jessica və Jennifer Qədirova Britaniyaya daha bir uğur qazandırıb.
Bizim.Media “Sport-Express”ə istinadən xəbər verir ki, 2 həftə əvvəl 17 yaşlı Jessica Qədirova xalçada sərbəst hərəkət üzrə Avropa çempionu olub.
Bir il əvvəl isə bacılar 2020-ci ildə Tokioda keçirilən Olimpiadada çoxnövçülükdə komandanın heyətində bürünc medal qazanmışdı.
Nəşrin yazdığına görə, Böyük Britaniya komandası üçün sözügedən uğurlar 93 il ərzində bu idman növündə ilk medallar olub.
Bizim.Media