"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləridən olan "Olimpiakos" Yunanıstan çempionatında 2-ci tur oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Pirey təmsilçisi "Asteras"ın qonağı olub və qolsuz bərabərə qalıb.
Bu nəticədən sonra xalını 4-ə çatdıran "Olimpiakos" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə oktyabrın 13-ü Bakıda keçirəcək.
Bizim.Media