Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Bosniya və Herseqovina və Maltaya qarşı keçirəcəyi dünya çempionatının seçmə oyunları üçün heyəti açıqlanıb.
Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov siyahıya 23 oyunçu cəlb edib.
Qeyd edək ki, sentyabrın 2-də Ta Qali şəhərindəki Mərkəzi stadionda Maltanın qonağı olacaq komanda sentyabrın 6-da “Dalğa Arena”da Bosniya və Herseqovinanı qəbul edəcək.
Bizim.Media