AFFA İntizam Komitəsi "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova xəbərdarlıq edib.
Bizim.Media milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna 40 yaşlı mütəxəssisin "Sumqayıt"a qarşı Premyer Liqanın III tur oyununda hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etməsi səbəb olub.
Qeyd edək ki, qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Sadıqov görüşün sonlarında epizodların birində hakimlərlə mübahisə edib.
Bizim.Media