Tarixin ən çox qazanan idmançılarının adları açıqlanıb.
Bizim.Media “Forbes”ə istinadən xəbər verir ki, siyahıya 1.72 milyard dollarla amerikalı qolfçu Tayqer Vuds başçılıq edir.
Siyahının ikinci və üçüncü sırasında müvafiq olaraq 1.24 milyardla portuqaliyalı futbolçu Kristiano Ronaldo, 1.16 milyardla amerikalı basketbolçu Lebron Ceyms qərarlaşıb.
Siyahının növbəti sıralarında isə Lionel Messi (1,15 milyard dollar), isveçrəli tennisçi Rocer Federer (1,09 milyard dollar) və amerikalı boksçu Floyd Meyvezer (1,08 milyard dollar) yer alıb.
Bizim.Media