Prezident İlham Əliyev "Rəqəmsal rabitə" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
Bizim.Media bununla bağlı President.az-a istinadən xəbər verir.
Fərmana əsasən, "Rəqəmsal rabitə" informasiya sistemi yaradılacaq.
Bundan əlavə "Rəqəmsal rabitə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib.
Müəyyən edilir ki, "Rəqəmsal rabitə" informasiya sistemi rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarətin, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları ilə, yerli özünüidarəetmə orqanları ilə, digər fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, həmçinin RRİS-də saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.
RRİS-in sahibi funksiyasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, operatoru funksiyasını isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi həyata keçirir.
Bizim.Media