"Formula 1" üzrə Azərbaycan Qran-prisinə görə Bakıda bağlanan küçə və prospektlərdə təhlükəsizlik baryerlərinin sökülməsinə başlanılıb.
Bizim.Media xəbər verir ki, paytaxtın Neftçilər prospektində (Azneft dariəsində) giriş və çıxışlara qoyulan maneələr sökülür.
Söküntü işlərinə yükdaşıyıcı maşınlar, texnika və avadanlıqlar cəlb olunub. Baryerlər sökülərək ərazidən aparılır.
Qeyd edək ki, bu gün saat 18:00-dan etibarən Bakı şəhərində nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı əksər prospekt və yollar açılacaq.
Bizim.Media