“Formula-1”: Azərbaycan Qran-prisi start götürür - AFİŞA

Sabah Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürəcək. 

Bizim.Media xəbər verir ki, paytaxtımızda altıncı dəfə keçiriləcək yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb. 

Yarışın ilkin mərhələsi “Formula-2” iştirakçılarının sərbəst yürüşü ilə başlayacaq. Mövsümün 8-ci sınağında saat 15:00-da “Formula-1” pilotları start xəttinə çıxacaqlar.

Bu yarış bitdikdən sonra yenidən “əvəzedicilər” mübarizəyə başlayacaqlar. Onlar növbəti gün üçün sıralarını müəyyənləşdirəcəklər. İlk günün son yarışında “Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçirəcəklər.
İyunun 11-də və 12-də “Formula-1” Azərbaycan Qran-prisi üçün əsas günlərdir. Şənbə günü “Formula-2”də sprint yarışları, həmçinin “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu planlaşdırılır. 

İyunun 12-də “Formula-2”də yekun yarış təşkil olunacaq. Bundan sonra əsas mübarizəyə hazırlıq başlayacaq. Pilotların paradı, açılış mərasimi olacaq və Azərbaycan himni səslənəcək. Saat 15:00-da Qran-prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. 

Bu mərhələyə də əvvəlki yarış kimi, 10 komandanın heyətində 20 pilot qatılacaq.

Ölkəmizdə “Red Bull”un heyətində Serxio Peres, Maks Ferstappen, “Ferrari”nin heyətində Şarl Lekler, Karlos Sayns, “Mercedes”in heyətində Luis Hamilton, Corc Rassell, “MakLaren”in heyətində Daniel Rikkardo, Lando Norris, “Alfa Romeo”nun heyətində Çjou Quanyu, Valtteri Bottas, “Alpin”in heyətində Fernando Alonso, Esteban Okon, “Alfa Tauri”nin heyətində Pyerr Qasli, Yuki Tsunoda, “Haas”ın heyətində Kevin Maqnussen, Mik Şumaxer, “Aston Martin”in heyətində Sebastyan Fettel, Lens Stroll, “Uilyams”ın heyətində Aleksander Albon və Nikolas Latifi sürətini yoxlayacaq. 

Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Bolidlər burdan başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Qeyd edək ki, martın 20-də Bəhreyndə start götürən mövsümdə 7 mərhələdən sonra pilotların mübarizəsində 125 xalla “Red Bull”dan Maks Ferstappen liderdir. Onu “Ferrari”nin pilotu Şarl Lekler (1116 xal) və “Red Bull”un digər təmsilçisi Serxio Peres (110) izləyir.
Komanda hesabında isə “Red Bull” 235 xalla birincidir. “Ferrari” 199 xalla ikinci, “Mercedes” 134 xalla üçüncüdür. 

Bakı Şəhər Halqası 

Döngə sayı – 20 

Dövrə - 51 

Əsas yarış günü – 12 iyun 

Halqanın uzunluğu – 6,003 km 

Ümumi məsafə - 306,049 km

Azərbaycan Qran-prisinin proqramı 

10 iyun 

“Formula-2” 

Saat. 12:35 - Sərbəst yürüş 

“Formula-1” 

Saat. 15:00 - Birinci sərbəst yürüş 

“Formula-2” 

Saat. 16:30 – Sıralama yarışı 

“Formula-1” 

Saat. 18:00 - İkinci sərbəst yürüş 

11 iyun 

“Formula-2” 

Saat. 13:30 – Sprint yarışı 

“Formula-1” 

Saat. 15:00 - Üçüncü sərbəst yürüş 

“Formula-1” 

Saat. 18:00 - Sıralama turu 

12 iyun 

“Formula-2” 

Saat. 11:05 - Yarış 

“Formula-1” 

Saat. 14:44 – Dövlət Himni mərasimi 

Saat. 15:00 - Azərbaycan Qran-prisi 

Saat. 17:00 – Podium mərasimi 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna Rusiyanın 6 "Su-34" qırıcısını məhv etdi – FOTO

Ukrayna Rusiyanın 6 "Su-34" qırıcısını məhv etdi – FOTO

İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıb

İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıb

Azərbaycan əhalisinin 22,6 faizi gənclərdir

Azərbaycan əhalisinin 22,6 faizi gənclərdir

İlham Əliyev: Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk

İlham Əliyev: Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk

Azərbaycanda yeni informasiya sistemi yaradılır

Azərbaycanda yeni informasiya sistemi yaradılır

Paşinyan Bakı ilə sülh sazişini 2031-ci ilədək imzalayacaq?

Paşinyan Bakı ilə sülh sazişini 2031-ci ilədək imzalayacaq?

8 Noyabr prospektində nasaz yük maşını hərəkəti məhdudlaşdırdı

8 Noyabr prospektində nasaz yük maşını hərəkəti məhdudlaşdırdı

Azərbaycanın diplomatik imkanları və qlobal əməkdaşlığın yeni perspektivləri

Azərbaycanın diplomatik imkanları və qlobal əməkdaşlığın yeni perspektivləri

Moskva Paşinyanın qarşısında bir sıra TƏLƏBLƏR qoydu

Moskva Paşinyanın qarşısında bir sıra TƏLƏBLƏR qoydu

Balakəndə 574 sakin ödənişsiz tibbi müayinədən keçib – FOTO

Balakəndə 574 sakin ödənişsiz tibbi müayinədən keçib – FOTO

İran ən böyük qaz yatağının fəaliyyətini bərpa etdi

İran ən böyük qaz yatağının fəaliyyətini bərpa etdi

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir – FOTO

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir – FOTO

Qara dənizdə tanker yandı: 8 nəfər itkin düşdü

Qara dənizdə tanker yandı: 8 nəfər itkin düşdü

AQEM-in Zirvə Toplantısı öncəsi son hazırlıqlar – VİDEO

AQEM-in Zirvə Toplantısı öncəsi son hazırlıqlar – VİDEO

"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılır?

"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılır?

Təcili yardım motosikletləri hansı rayonlardakı çağırışlara gedir? – RƏSMİ AÇIQLAMA

Təcili yardım motosikletləri hansı rayonlardakı çağırışlara gedir? – RƏSMİ AÇIQLAMA

FTB rəhbərindən Rusiya ilə bağlı müəmmalı paylaşım – FOTO

FTB rəhbərindən Rusiya ilə bağlı müəmmalı paylaşım – FOTO

ABŞ-ın Rusiyanın dondurulmuş aktivləri ilə bağlı YENİ PLANI - Avropa imtina etdi

ABŞ-ın Rusiyanın dondurulmuş aktivləri ilə bağlı YENİ PLANI - Avropa imtina etdi

Azərbaycan təhsil startapı Taskool Özbəkistan məktəblərində istifadəyə verilir – FOTO

Azərbaycan təhsil startapı Taskool Özbəkistan məktəblərində istifadəyə verilir – FOTO

Pakistanda məktəbin damı uçdu: 17 şagird öldü – FOTO/VİDEO

Pakistanda məktəbin damı uçdu: 17 şagird öldü – FOTO/VİDEO

“Kontakt”dan ad günü sürprizi: kontakt.az-da yenilik var!

“Kontakt”dan ad günü sürprizi: kontakt.az-da yenilik var!

Tramp Ukrayna müharibəsinə görə Baydeni təqsirləndirdi: " Putini davamlı olaraq ələ salıb”

Tramp Ukrayna müharibəsinə görə Baydeni təqsirləndirdi: " Putini davamlı olaraq ələ salıb”

Xaricə məhsul ixrac edən sahibkarlara ŞAD XƏBƏR

Xaricə məhsul ixrac edən sahibkarlara ŞAD XƏBƏR

"Dərnəgül tikinti bazarının “Abşeron” Ticarət Mərkəzinə köçürülməsi qiymətləri aşağı sala bilər"

"Dərnəgül tikinti bazarının “Abşeron” Ticarət Mərkəzinə köçürülməsi qiymətləri aşağı sala bilər"

End of content

No more pages to load

RADİO