"Mançester Siti" yarımmüdafiəçi Kalvin Fillipsin transferi üçün danışıqlara başlayacaq.
Bizim.Media xəbər verir ki, 26 yaşlı futbolçunu yayda klubu tərk edəcək Fernandinyonu əvəzləyə bilər.
"Arsenal", "Aston Villa", "Vest Hem" və Mançester Yunayted"in də ingilis oyunçu ilə maraqlandığı bildirilir.
Qeyd edək ki, Fillips ötən mövsüm "Lids"də 23 oyunda 1 qol vurub və 1 qolun ötürməsini verib.
Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.
Bizim.Media