“Neftçi” baş məşqçisi Samir Abasovla yolları ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə qərar klubun Müşahidə Şurasının iclasında qəbul olunub.
Onunla müqavilə müddəti uzadılmayıb.
Qeyd edək ki, S.Abasov 2020-ci ilin noyabr ayından “Neftçi”ni çalışdırırdı. Mütəxəssisin rəhbərliyi altında komanda 2020/2021 mövsümündə ölkə çempionu olub, ötən mövsüm isə Premyer Liqanı 2-ci pillədə tamamlayıb.
Bizim.Media