"Udineze"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, İtaliya A Seriyası təmsilçisini Andrea Sottil çalışdıracaq.
48 yaşlı italiyalı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Andrea Sottilin son iş yeri "Askoli" olub. O, 2020-2022-ci illərdə B Seriyası təmsilçisini çalışdırıb.
Bizim.Media