UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün ilk püşkü atılıb.
Bizim.Media xəbər verir ki, püşkatma nəticəsində ilkin təsnifat mərhələsinin yarımfinal cütlərinin tərkibi müəyyənləşib.
Bu raundda Estoniya “Levadiya”sı İslandiyanın "Vikinqur" komandasına, San-Marinonun “La Fiorita” klubu isə Andorra "İnter"inə rəqib olub.
Yarımfinallar iyunun 21-də, final isə iyunun 21-də olacaq. Qarşılaşmalar İslandiyada gerçəkləşəcək.
İlkin təsnifat mərhələsinin qalibi I təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın potensial rəqibi hesab olunur. Bu raundun püşkü isə iyunun 14-də atılacaq.
Bizim.Media