Azərbaycan – Slovakiya oyununun hakimləri açıqlanıb.
Bizim.Media xəbər verir ki, Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək oyunu Litvadan olan hakimlər idarə edəcək.
İyunun 10-da Bakıda keçiriləcək qarşılaşmanın baş hakimi Donatas Rumşas olacaq. Baş hakimin köməkçiləri kimi Aleksandr Radius və Dovidas Suşiedelis təyinat alıb.
Dördüncü hakim funksiyasını isə Robertas Valikonis yerinə yetirəcək.
Qeyd edək ki, “Dalğa Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.
Bizim.Media