“Liverpul” klubu yarımmüdafiəçi Ceyms Milnerlə yeni müqavilə imzalayıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı ingilis futbolçunun "Liverpul"la anlaşması iyunun sonunda başa çatırdı.
Onun yeni sözləşməsinin detalları açıqlanmayıb.
Qeyd edək ki, komandanın vitse-kapitanı olan C.Milner 2015-ci ildən "Liverpul"da çıxış edir.
Bizim.Media