Bakıda kanalizasiyaya düşən gəncin ölümü ilə bağlı cəza istənilib – VİDEO

Nərimanov rayonunda "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham edilən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən proses də prokuror təqsirləndirilənin 5 il müddətinə azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını məhkəməyə təklif edib.

Müdafiə tərəfi çıxışlara hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses oktyabrın 29-na təyin edilib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin (PHŞ) Bakı Sukanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Dedim ki, “biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək”

“Dedim ki, “biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək”

Hakan Fidan Bakıda Sergey Lavrovla görüşdü

Hakan Fidan Bakıda Sergey Lavrovla görüşdü

İlham Əliyev: “Separatçıların liderlərinin məhkəməsi Nürnberq tribunalının analoqu idi”

İlham Əliyev: “Separatçıların liderlərinin məhkəməsi Nürnberq tribunalının analoqu idi”

Makaronun süzdükdən sonra suyunu tökməyin

Makaronun süzdükdən sonra suyunu tökməyin

Azərbaycan çox tolerant ölkədir - İsrail Prezidenti

Azərbaycan çox tolerant ölkədir - İsrail Prezidenti

Baş nazir ev işlərindən şikayətləndi

Baş nazir ev işlərindən şikayətləndi

İcbari sığorta haqları artırılacaq?

İcbari sığorta haqları artırılacaq?

Siçan üçün qoyduqları tələyə ilan düşdü – VİDEO

Siçan üçün qoyduqları tələyə ilan düşdü – VİDEO

Azərbaycanda gənclər daha gec evlənir - Orta nikah yaşı AÇIQLANDI

Azərbaycanda gənclər daha gec evlənir - Orta nikah yaşı AÇIQLANDI

MN-in bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoydu - MƏHKƏMƏ

MN-in bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoydu - MƏHKƏMƏ

İsxak Hersoq: “İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitlik nümunəsinə çevrilib”

İsxak Hersoq: “İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitlik nümunəsinə çevrilib”

Qusar–Həzrə–Sudur avtomobil yolunda bərpa işləri tamamlandı – VİDEO

Qusar–Həzrə–Sudur avtomobil yolunda bərpa işləri tamamlandı – VİDEO

Liderlərin AQEM zirvəsindən öncə səmimi söhbəti – VİDEO

Liderlərin AQEM zirvəsindən öncə səmimi söhbəti – VİDEO

Son dövrlər Türkiyədə azərbaycanlılara qarşı yaradılan BÜROKRATİK ÇƏTİNLİKLƏR – ARAŞDIRMA

Son dövrlər Türkiyədə azərbaycanlılara qarşı yaradılan BÜROKRATİK ÇƏTİNLİKLƏR – ARAŞDIRMA

İrəvandakı COP17 konfransında Azərbaycan iştirak edəcəkmi? – Paşinyandan açıqlama

İrəvandakı COP17 konfransında Azərbaycan iştirak edəcəkmi? – Paşinyandan açıqlama

Ölkəmizdə bir ildə 12 minə yaxın nikahdankənar uşaq DOĞULUB

Ölkəmizdə bir ildə 12 minə yaxın nikahdankənar uşaq DOĞULUB

Emoməli Rəhmon Azərbaycana təşəkkür etdi

Emoməli Rəhmon Azərbaycana təşəkkür etdi

Şavkat Mirziyoyevdən SÜLH ÇAĞIRIŞI

Şavkat Mirziyoyevdən SÜLH ÇAĞIRIŞI

Sabah hava çiskinli olacaq

Sabah hava çiskinli olacaq

Navai barəsində HƏBS QƏRARI verildi

Navai barəsində HƏBS QƏRARI verildi

Kəndlərdə, yoxsa şəhərlərdə doğulan uşaqların sayı DAHA ÇOXDUR?

Kəndlərdə, yoxsa şəhərlərdə doğulan uşaqların sayı DAHA ÇOXDUR?

Tokayev: “BTC ilə Qazaxıstan neftinin tədarükü artırılacaq”

Tokayev: “BTC ilə Qazaxıstan neftinin tədarükü artırılacaq”

"TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldı

"TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldı

Prezident: "Xalqımızın əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik"

Prezident: "Xalqımızın əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik"

End of content

No more pages to load

RADİO