"TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldı

"TikTok" sosial şəbəkəsində nalayiq ifadə işlədənlər saxlanılıblar.

Bizim.Media xəbər verir ki, biri 29, digər ikisi isə 33 yaşlarında olan həmkəndlilər kafedə yeyib-içdikdən sonra sərxoş halda "TikTok" platformasında canlı yayım açaraq nalayiq ifadələr işlədiblər, ictimai mənəviyyatı təhqir edən əməllərə yol veriblər.

Fakt əsasında hər üç şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya - telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Hadisə Ağcabədi rayonu, Hüsülü kəndində yerləşən kafedə baş verib. Yeyib-içəndən sonra sərxoş olan dostlardan biri canlı yayım açıb.

Bu zaman digər ikisi canlı yayımda gedən söhbətə söyüşlə reaksiyalar veriblər. Lakin onların dediyinə görə, telefonun səsinin açıq olduğunu bilməyiblər. Hər üç adam törətdikləri əməldən peşman olduqlarını deyərək, barələrində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə onların hər biri 375 manat məbləğində inzibati qaydada cərimələnib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hakan Fidan Bakıda Sergey Lavrovla görüşdü

Hakan Fidan Bakıda Sergey Lavrovla görüşdü

İlham Əliyev: “Separatçıların liderlərinin məhkəməsi Nürnberq tribunalının analoqu idi”

İlham Əliyev: “Separatçıların liderlərinin məhkəməsi Nürnberq tribunalının analoqu idi”

Makaronun süzdükdən sonra suyunu tökməyin

Makaronun süzdükdən sonra suyunu tökməyin

Azərbaycan çox tolerant ölkədir - İsrail Prezidenti

Azərbaycan çox tolerant ölkədir - İsrail Prezidenti

Baş nazir ev işlərindən şikayətləndi

Baş nazir ev işlərindən şikayətləndi

İcbari sığorta haqları artırılacaq?

İcbari sığorta haqları artırılacaq?

Siçan üçün qoyduqları tələyə ilan düşdü – VİDEO

Siçan üçün qoyduqları tələyə ilan düşdü – VİDEO

Azərbaycanda gənclər daha gec evlənir - Orta nikah yaşı AÇIQLANDI

Azərbaycanda gənclər daha gec evlənir - Orta nikah yaşı AÇIQLANDI

MN-in bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoydu - MƏHKƏMƏ

MN-in bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoydu - MƏHKƏMƏ

İsxak Hersoq: “İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitlik nümunəsinə çevrilib”

İsxak Hersoq: “İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitlik nümunəsinə çevrilib”

Qusar–Həzrə–Sudur avtomobil yolunda bərpa işləri tamamlandı – VİDEO

Qusar–Həzrə–Sudur avtomobil yolunda bərpa işləri tamamlandı – VİDEO

Liderlərin AQEM zirvəsindən öncə səmimi söhbəti – VİDEO

Liderlərin AQEM zirvəsindən öncə səmimi söhbəti – VİDEO

Son dövrlər Türkiyədə azərbaycanlılara qarşı yaradılan BÜROKRATİK ÇƏTİNLİKLƏR – ARAŞDIRMA

Son dövrlər Türkiyədə azərbaycanlılara qarşı yaradılan BÜROKRATİK ÇƏTİNLİKLƏR – ARAŞDIRMA

İrəvandakı COP17 konfransında Azərbaycan iştirak edəcəkmi? – Paşinyandan açıqlama

İrəvandakı COP17 konfransında Azərbaycan iştirak edəcəkmi? – Paşinyandan açıqlama

Ölkəmizdə bir ildə 12 minə yaxın nikahdankənar uşaq DOĞULUB

Ölkəmizdə bir ildə 12 minə yaxın nikahdankənar uşaq DOĞULUB

Emoməli Rəhmon Azərbaycana təşəkkür etdi

Emoməli Rəhmon Azərbaycana təşəkkür etdi

Şavkat Mirziyoyevdən SÜLH ÇAĞIRIŞI

Şavkat Mirziyoyevdən SÜLH ÇAĞIRIŞI

Sabah hava çiskinli olacaq

Sabah hava çiskinli olacaq

Navai barəsində HƏBS QƏRARI verildi

Navai barəsində HƏBS QƏRARI verildi

Kəndlərdə, yoxsa şəhərlərdə doğulan uşaqların sayı DAHA ÇOXDUR?

Kəndlərdə, yoxsa şəhərlərdə doğulan uşaqların sayı DAHA ÇOXDUR?

Tokayev: “BTC ilə Qazaxıstan neftinin tədarükü artırılacaq”

Tokayev: “BTC ilə Qazaxıstan neftinin tədarükü artırılacaq”

"TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldı

"TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldı

Prezident: "Xalqımızın əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik"

Prezident: "Xalqımızın əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik"

Su təchizatına qoşulmaq istəyənlərin NƏZƏRİNƏ!

Su təchizatına qoşulmaq istəyənlərin NƏZƏRİNƏ!

End of content

No more pages to load

RADİO