2025-ci ildə Azərbaycanda rəsmi nikahda olan qadınlar tərəfindən ümumilikdə 84 249 uşaq dünyaya gətirilib.
Bizim.Media Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, doğulan uşaqlardan 43 512-si kənd yerlərinin, 40 737-si isə şəhər yerlərinin payına düşüb.
Beləliklə, ötən il kənd yerlərində rəsmi nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı şəhərlərlə müqayisədə 2 775 nəfər çox olub.
Fəridə, Bizim.Media