Dünyanın ən yaxşı baş məşqçilərinin may ayı üçün ilk reytinq cədvəli açıqlanıb.
Bizim.Media xəbər verir ki, siyahıda aktiv fəaliyyətdə olan 500 ən yaxşı mütəxəssis yer alıb.
Bu cədvəldə Azərbaycanı yalnız “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov təmsil edir. 50 yaşlı mütəxəssisin aktivində 1594 xal var.
Ötən cədvəllə müqayisədə hesabını 5 xal zənginləşdirən Qurbanov siyahıda 4 pillə irəliləyib. O, hazırda planetin 223-cü məşqçisidir.
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2199) rəhbərlik edir. Yurgen Klopp (2131) ikinci, Antonio Konte (2093) üçüncüdür.
Bizim.Media