Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, üç futbolçu - Xəyal Fərzullayev ("Sumqayıt"), Qurban Səfərov ("Şamaxı") və Elcan Əbilov ("Neftçi") nizam-intizam qaydalarını pozduqlarına görə baş məşqçinin qərarı ilə heyətdən kənarlaşdırılıb.
"Qəbələ" klubunun üzvü - qapıçı Məmməd Muradov heyətə cəlb olunub.
Bizim.Media