Azərbaycan yığması bu gün Millətlər Liqasında ilk oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, C Liqasını 3-cü qrupunda mübarizə aparan komandamız səfərdə Qazaxıstanla qarşılaşıb.
Rəqib komanda "Astana Arena"da keçirilən görüşə ciddi itklərlə çıxsa da, yığmamıza 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, C Liqasının 3-cü qrupunda Azərbaycan və Qazaxıstanla yanaşı Belarus və Slovakiya da mübarizə aparacaq. Belarus ilk turda bu gün saat 22:45-də Slovakiya ilə üz-üzə gələcək.
Qol: Aimbetov, 50, 61
Bizim.Media