İtaliyanın "Milan" və "Napoli" komandalarının sabiq baş məşqçisi Cennaro Qattuzonun yeni iş yeri müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano özünün “Twitter” səhifəsində paylaşım edib.
“44 yaşlı mütəxəssis İspaniya "Valensiya"sının sükanı arxasına keçib. İtaliya baş məşqçi "yarasalar"la 2+1 illik müqaviləni razılaşdırıb. Qattuzo bu postda Xose Bordalası əvəzləyib” – deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, Cennaro Qattuzo son olaraq 2019 - 2021-ci illərdə "Napoli"nin baş məşqçisi olub.
Bizim.Media