Türkiyənin “Fənərbağça” komandası portuqaliyalı məşqçi Jorji Jezuşla müqavilə imzalayıb.
Bizim.Media "Sport.ru"-ya istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis sözügedən müqavilə əsasında 1 il "Fənərbaxça"nı çalışdıracaq.
Qeyd edək ki, İstanbul təmsilçisinin yeni baş məşqçisi karyerası ərzində üç müxtəlif ölkədə dörd dəfə çempionluq qazanıb.
Bizim.Media