Bu gün Millətlər Liqasında 2022/2023 mövsümünə start verilib.
Bizim.Media xəbər verir ki, 1-ci turun ilk oyun günündə bir qarşılaşma keçirilib. A Liqasının 4-cü qrupunda Polşa Uelsi qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, A Liqasının 4-cü qrupunda Niderland və Belçika milliləri də yer alıb.
Qollar: Uilyams, 52 (0:1), Kaminskiy, 72 (1:1), Sviderski, 85 (2:1)
Bizim.Media