Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda qol hesabını açıb.
Bizim.Media xəbər verir ki, 25 yaşlı hücumçu səfərdə "Riyeka"ya qarşı keçirdikləri XXX tur matçında fərqlənib. 79-cu dəqiqədə rəqib qapısına yol tapan forvard hesabı bərabərləşdirib.
Emreli oyuna 57-ci dəqiqədə daxil olub.
Bizim.Media