Azərbaycanın 19 yaşadək qadınlardan ibarət futbol yığması növbəti oyununu keçirib.
Bizim.Media-nın məlumatına görə, millimiz Avropa çempionatının seçmə oyununda Malta ilə görüşüb.
İkinci mərhələdə B liqasının 1-ci qrupunda mübarizə aparan komandalar Şimali İrlandiyada üz-üzə gəlib.
Üç gün öncə Farer adalarını iki qolla yenən Azərbaycan millisi bu dəfə oyuna erkən qolla başlasa da, 1-ci dəqiqədə əldə olunan üstünlüyü qoruya bilməyib. Maltaya uduzan komandamız liderliyi əldən verib.
Qeyd edək ki, komandamız üç gündən sonra Şimali İrlandiya ilə görüşəcək.
Bizim.Media