Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. "Ayntraxt"ın futbolçusu Ansqar Knauff ən yaxşı seçilib. 20 yaşlı yarımmüdafiəçi evdə "Barselona" ilə görüşdə baxımlı qola imza atıb.
Qeyd edək ki, sözügedən oyun 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında cavab matçı aprelin 14-ü İspaniyada olacaq.
Bizim.Media