“Qalatasaray” prezidentliyinə daha bir namizəd müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Abdurrahim Albayrak İstanbul klubuna rəhbərlik etmək istəyir.
Sabiq vitse-prezident aprelin 30-da keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcəyini təsdiqləyib:
“Namizədlik üçün çalışmalarım davam edir. Hələlik bu qədərini deyə bilərəm”.
Qeyd edək ki, digər namizədlər Dursun Özbek və Eşref Hamamcıoğludur. Yaxın 30 gün ərzində kluba yeni prezident seçilməlidir.
Bizim.Media