FIFA builki dünya çempionatının təşkilatçılığı üçün rekord məbləğdə gəlir əldə edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun bu gün keçirilən 72-ci Konqresində prezident Canni İnfantino məlumat verib.
“FIFA Qətərdəki mundialdan 7 milyard dollar qazanc götürəcək. Qurumun maliyyə durumu yaxşıdır. FIFA ötən dörd il ərzində dünya çempionatından 6,4 milyard dollar qazanmağı hədəfləyirdisə, artıq bu məbləğin 7 milyard olmasına çalışır” – deyə İnfantino qeyd edib.
Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.
Bizim.Media