“İşğaldan azad olunmuş bölgələrimizdə idman və olimpiya komplekslərinin açılması ilə bağlı layihələr planlaşdırılır”.
Bizim.Media xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov bildirib.
Nazir bununla bağlı bölgələrdə gedən prosesləri yaxından izlədiyini vurğulayıb:
“Amma bu işlə təkcə Gənclər və İdman Nazirliyi yox, bütün digər aidiyyatı qurumlar məşquldur. Tam nəticələr hazır olduqdan sonra, bu barədə mətbuata açıqlama veriləcək”.
Leyla Şah, Bizim.Media