Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın sonuncu qadın güləşçisi mübarizəyə başlayacaq.
Bizim.Media xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən Elis Manolova B qrupunda yarışacaq.
26 yaşlı idmançı ilk görüşündə Tetyana Rijko (Ukrayna) ilə, ardından Viktoriya Vesso (Estoniya) ilə üz-üzə gələcək. A və B qruplarında ilk iki yeri tutan güləşçilər yarımfinala yüksələcək.
Bu gün, həmçinin digər qadın güləşçilərdən 50 kq-dakı Türkan Nəsirova və 59 kq-dakı Alyona Kolesnik bürünc medal uğrunda görüşə çıxacaq.
Onlar müvafiq olaraq Anna Lukasyak (Polşa) və Elene Hayke Brugger (Almaniya) ilə görüşəcək.
Yarış aprelin 3-də başa çatacaq.
Bizim.Media