Avropa çempionatı: Sərbəst güləşçilərimiz 1 qızıl və 3 gümüş medal qazandı – FOTO

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, qitə birinciliyində 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib.

Güləşçimiz Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində İspaniya təmsilçisi Levan Metreveliylə 7:0 hesabı ilə qalib gəlib. Astara güləş məktəbinin yetirməsi daha sonra bolqarıstanlı Mikyay Salim Naimi üstələyib - 9:6. Ə.Rzazadə yarımfinalda gürcüstanlı Beka Bujiaşviliylə qarşılaşıb. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən həmyerlimiz rəqibinə göz açmağa imkan verməyib. Elə ilk hissədə tam üstünlüklə (10:0) qələbə qazanan Ə.Rzazadə debüt etdiyi Avropa çempionatının finalına yüksəlib. Təmsilçimiz həlledici görüşdə Vladimir Yeqorovla (Şimali Makedoniya) qarşılaşıb. Rəqib 8:0 hesabı ilə önə çıxsa da, görüşün sonlarında həmyerlimiz daha fəal güləşərək fərqi azaldıb. Ancaq yekunda 6:8 hesablı məğlubiyyətlə barışan Ə.Rzazadə gümüş medala sahib çıxıb.

Yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq) mübarizəyə dörddəbir finaldan qoşulub. Millimizin lideri bu mərhələdə türkiyəli Munir Aktaşı 12:6 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Titullu güləşçimiz final yolunda moldovalı Maksim Sakultanı sınağa çəkib. Rəqib əvvəlcə 2 xal qazansa da, təcrübəli pəhləvanımızın geridönüşü möhtəşəm alınıb. H.Əliyev rəqibini vaxtından əvvəl məğlubiyyətə uğradaraq (12:2) dördüncü dəfə Avropa çempionatının finalına yüksəlib. Onun titul yolunda son rəqibi yerli publikanın sevimlisi İsmayıl Musikayev (Macarıstan) olub. Macarıstan təmsilçisi finaldan qalib (12:1) ayrılıb və H.Əliyev qitə birinciliyini gümüş medalla başa vurub. Bu, onun Avropa çempionatlarında 4-cü medalı olub.

Zirəddin Bayramov (70 kq) səkkizdəbir finalda macar Daniel Antaldan güclü olub - 10:6. Şəmkir güləş məktəbinin yetirməsi Şimali Makedoniyadan olan Fati Veyselini də xalçadan məyus yola salıb - 9:4. Gənc pəhləvanımız finalın bir addımlığında gürcüstanlı Zurabi Yakobişvili ilə güləşib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Z.Bayramov son saniyələrdə qələbəni əldən verib - 3:4. Güləşçimiz bürünc medal uğrunda mübarizə aparıb. Bolqarıstanlı Ramazan Ramazanovla görüşün ilk hissəni Z.Bayramov 6:0 hesabı ilə öndə tamamlayıb. Ancaq ikinci hissədə aldığı ağır zədə məğlubiyyətlə (7:11) nəticələnib.

Əşrəf Aşırov (79 kq) ilk mərhələdə bolqar Miroslav Kirova heç bir şans tanımayıb - 9:0. Həmyerlimiz dörddəbir finalda ermənistanlı Arman Avaqyana tam üstünlüklə (11:0) qalib gələrək adını yarımfinala yazdırıb. Ə.Aşırovun növbəti rəqibi gürcü Vladimeri Qamkrelidze olub. Görüşə Gürcüstan təmsilçisi daha yaxşı başlayıb və 4 xalla irəli çıxıb. Ancaq əsl əzmkarlıq nümayiş etdirən Ə.Aşırov təşəbbüsə yiyələnərək qazandığı ardıcıl xallarla hesabı lehinə dəyişib. Sonadək üstünlüyü əldən verməyən güləşçimiz finala vəsiqə qazanıb. Həmyerlimiz qızıl medal uğrunda görüşdə yunanıstanlı Georgios Kuqiumtsidislə güləşib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada rəqibinə minimal fərqlə (6:7) uduzan Ə.Aşırov ölkəmizə üçüncü gümüş medalı qazandırıb.

Maqomedxan Maqomedov (97 kq) Avropa çempionatına litvalı Lukas Krasauskas üzərində qazandığı inamlı qələbə ilə (12:2) start verib. Təmsilçimiz dörddəbir finalda Gürcüstanın təcrübəli güləşçisi Elizbar Odikadzeni məğlub edib - 14:7. M.Maqomedov yarımfinalda polşalı Zbiqniev Mateuş Baranovskiylə qarşılaşıb. Gərgin keçən görüşdə rəqibini 6:4 hesabı ilə məğlub edən təmsilçimiz Avropa çempionatının finalına yüksələn dördüncü güləşçimiz olub. Millimizin üzvü finalda Macarıstan təmsilçisi Vladislav Baytsayevlə üz-üzə gəlib. Görüşün əvvəlindən sonunadək üstün tərəf olan M.Maqomedov 11:5 hesabı ilə qalib gələrək Avropa çempionu olub. Mükafatlandırılma mərasimində sərbəst güləş üzrə millimizin üzvünə qızıl medalı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev təqdim edib.

Beləliklə, sərbəst güləşçilər Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla start verib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyətini MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyətini MÜZAKİRƏ ETDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

ABŞ İrana bağlı 14 nəfərə və bir sıra şirkətlərə sanksiya TƏTBİQ ETDİ

ABŞ İrana bağlı 14 nəfərə və bir sıra şirkətlərə sanksiya TƏTBİQ ETDİ

İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna GÖZ DİKDİ

İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna GÖZ DİKDİ

Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatdı - FOTO

Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatdı - FOTO

Ukraynanın təslim olacağı barədə iddialar TƏKZİB EDİLDİ

Ukraynanın təslim olacağı barədə iddialar TƏKZİB EDİLDİ

Mətanət dünən buna görə efirə çıxmayıb - Acı xəbər alıb

Mətanət dünən buna görə efirə çıxmayıb - Acı xəbər alıb

Frederiksen: “Ukrayna Avropanın müdafiə səddidir”

Frederiksen: “Ukrayna Avropanın müdafiə səddidir”

End of content

No more pages to load

RADİO