Argentina millisinin futbolçusu Lionel Messinin qol vurduğu oyunlarda yığma 12 ildən çoxdur ki, uduzmur.
Bizim.Media xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
34 yaşlı hücumçu son olaraq Venesuela matçda fərqlənib və onun komandası 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Messi sonuncu dəfə 2009-cu ilin noyabrında İspaniya ilə yoldaşlıq oyunundan (1:2) qol vurduğu zaman yığma məğlub olub.
Bizim.Media