Martın 29-də Maltada futbol üzrə Azərbaycan və Latviya milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün hakimləri müəyyənləşib.
Bizim.Media-nın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma yerli hakimlər briqadasına həvalə olunub.
Matçın baş hakimi Trustin Farruca Kann olacaq, ona Luke Portelli, Dunkan Sultana və Andrea Skiriha kömək edəcək.
Qeyd edək ki, Maltanın Ta Qali şəhərindəki Milli Stadionda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Bizim.Media